Dövlət xəstəxanalarında növbə, özəllərdə isə boşluq var – Fazil Mustafa
Tarix: 16-11-2026 | Saat: 16:35
Bölmə:Parlament | çapa göndər

Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə əhatə olunması və özəl klinikaların imkanlarından daha geniş istifadə edilməsi vacibdir.
aia.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Deputat büdcə layihəsinin hazırlanmasında iştirak edən Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Hesablama Palatasının əməkdaşlarına təşəkkür edib. O bildirib ki, büdcə sənədlərinin deputatlar üçün anlaşıqlı və ətraflı hazırlanması mühüm əhəmiyyət daşıyır.
F.Mustafa səhiyyə sahəsində səsləndirilən problemlərə toxunaraq, onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsinə daxil edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, maddi imkanı olmadığı üçün xaricdə müalicə ala bilməyən çoxsaylı xəstələrin vəziyyəti nəzərə alınmalı, onların zəruri tibbi xidmətlərdən yararlanmasına şərait yaradılmalıdır.
Deputat dövlət və özəl xəstəxanalar arasında tibbi xidmətlərin əlçatanlığı ilə bağlı fərqlərə də diqqət çəkib. O bildirib ki, dövlət xəstəxanalarında MRT və KT müayinələri üçün uzun növbələr yarandığı halda, özəl klinikalarda bu müayinələrə tələbatın daha aşağı olması diqqət çəkir.
F.Mustafa təklif edib ki, özəl tibb müəssisələrinin imkanlarından istifadə edilməklə, müayinələrin və müalicələrin xərcinin müəyyən hissəsi dövlət tərəfindən qarşılansın. Onun fikrincə, özəl xəstəxanalara alternativ və ya kənar mexanizm kimi yanaşılmasına son qoyulmalı, onların səhiyyə sisteminə inteqrasiyası genişləndirilməlidir.
Deputat yeni səhiyyə nazirinin təyinatının bu sahədə problemlərin həllinə diqqəti artıracağına ümid etdiyini bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2026