Ana Sayfa > İdman > Azərbaycan millisi Andorranı məğlub etdi: Emin Mahmudov yığma ilə vidalaşdı
Azərbaycan millisi Andorranı məğlub etdi: Emin Mahmudov yığma ilə vidalaşdıDünən, 23:36. Yazar: vasif |
![]() Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Andorra yığmasına qalib gəlib. aia.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibini 1:3 hesabı ilə məğlub edib. Enkamp şəhərində keçirilən qarşılaşmada millimizin qollarını Eşqin Əhmədov (2), Musa Qurbanlı (47) və Toral Bayramov (70, penaltidən) vurublar. Ev sahiblərinin heyətində isə Rikard Fernandеs (55) fərqlənib. Bu, kapitan Emin Mahmudov üçün Azərbaycan millisində sonuncu - 66-cı oyun olub. Xatırladaq ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası çərçivəsində səfərdə Lixtenşteyn yığmasını 1:0 hesabı ilə məğlub edib. Geri dön |