Mobil versiya
Avropa Rusiya-Ukrayna sülh danışıqlarına qoşulur – Beş ölkə və Aİ təmsil olunacaq
Tarix: 16-11-2026 | Saat: 21:14
Bölmə:Özəl | çapa göndər

Avropa Rusiya-Ukrayna sülh danışıqlarına qoşulur – Beş ölkə və Aİ təmsil olunacaq



Avropa İttifaqı Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda daha fəal iştirak etməyə hazırlaşır. Avropa ölkələrinin ABŞ, Rusiya və Ukrayna arasında keçiriləcək müzakirələrdə hansı formatda təmsil olunacağı açıqlanıb.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Finlandiya Prezidenti Aleksandr Stubbla telefon danışığından sonra bu barədə X sosial şəbəkəsində məlumat paylaşıb.

“Bu axşam Aleksandr Stubbla Ukrayna və Rusiya arasında sülh danışıqlarını müzakirə etdik. Avropa bu prosesdə ‘E5 + Aİ’ formatında yaxından iştirak edəcək”, – deyə fon der Lyayen bildirib.

Məlumata əsasən, sözügedən format Avropanın beş aparıcı ölkəsinin və Avropa İttifaqı institutlarının sülh danışıqlarına cəlb olunmasını nəzərdə tutur.

Danışıqlarda Avropanı Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Polşa təmsil edəcək. Bununla yanaşı, Avropa Komissiyası və Avropa Şurasının nümayəndələri də prosesdə iştirak edəcəklər.

Daha əvvəl Avropa Şurasının prezidenti Antonio Koşta Aİ liderlərinin Rusiya, ABŞ və Ukrayna ilə aparılacaq müzakirələr üçün xüsusi danışıqlar qrupunun yaradılması barədə razılığa gəldiklərini açıqlamışdı.

Onun sözlərinə görə, qrupa Avropa İttifaqının müvafiq institutları ilə yanaşı, “könüllülər koalisiyası”nda yer alan beş ölkənin nümayəndələri daxil ediləcək.

Yeni formatın əsas məqsədi Avropa dövlətlərinin Ukrayna ilə bağlı sülh müzakirələrində birbaşa iştirakını təmin etməkdir.

Bununla belə, Avropa nümayəndələrinin növbəti danışıqlarda konkret hansı səviyyədə iştirak edəcəyi və görüşlərin dəqiq tarixi barədə əlavə məlumat açıqlanmayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2026