Mobil versiya
Bakıda məktəbdə valideynlərdən pul yığıldı: Sinif rəhbəri TƏNBEH EDİLDİ - VİDEO
Tarix: 24-09-2026 | Saat: 20:22
Bölmə:Təhsil / Karusel | çapa göndər

Bakıda məktəbdə valideynlərdən pul yığıldı: Sinif rəhbəri


Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən orta məktəbdə valideynlərdən pul yığıldığı iddia edilib.
aia.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

İddia olunub ki, 259 nömrəli tam orta ümumtəhsil məktəbinin "3ç" sinfinin valideyn komitəsinin sədri valideynlər qrupuna bank kartının nömrəsini göndərərək onlardan 30 manat pul yığılmasını istəyib.

259 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, məktəbin "3ç" sinfinin valideynləri tərəfindən vəsait toplanması ilə bağlı sosial şəbəkədə yayılan səs yazısı araşdırılıb.

"Araşdırma zamanı valideynlərlə müvafiq söhbət aparılıb. Araşdırma zəminində valideynlərin təşəbbüsü ilə vəsait toplanması faktı aşkarlanıb. Bununla bağlı sinif rəhbərinə də xəbərdarlıq olunub. Bu kimi təşəbbüslərin yolverilməz olduğu valideynlərin diqqətinə bir daha çatdırılıb. Həmçinin məktəbdaxili intizam qaydalarına riayət olunmasının və bu istiqamətdə nəzarətin gücləndirilməsinin vacibliyi vurğulanıb", - deyə məlumatda bildirilib.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2026