Mbappe qol sayında Messiyə çatdı
Tarix: 01-07-2026 | Saat: 10:27
Bölmə:İdman | çapa göndər

Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il futbol üzrə dünya çempionatında məhsuldarlıq göstəricisinə görə ilk pilləyə yüksəlib.
aia.az xəbər verir ki, 1/16 final mərhələsində İsveçə qarşı keçirilən oyunda vurduğu iki qol Mbappenin turnirdəki ümumi qol sayını səkkizə çatdırıb. Onun hesabında ümumilikdə 6 qol və 2 məhsuldar ötürmə var.
Bu göstərici ilə fransalı hücumçu Argentina millisinin kapitanı Lionel Messini qabaqlayıb. Messinin aktivində 6 qol var və heç bir məhsuldar ötürməsi qeydə alınmayıb.
Bununla belə, Argentina millisinin turnir çərçivəsində Kabo-Verde ilə daha bir oyunu qaldığından, siyahıda dəyişiklik ehtimalı hələ qalır.
Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və turnirin iyulun 19-da başa çatması nəzərdə tutulur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-07-2026
30-06-2026