Ana Sayfa > İdman > Mbappe qol sayında Messiyə çatdı
Mbappe qol sayında Messiyə çatdıBu gün, 10:27. Yazar: Subhan |
![]() Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il futbol üzrə dünya çempionatında məhsuldarlıq göstəricisinə görə ilk pilləyə yüksəlib. aia.az xəbər verir ki, 1/16 final mərhələsində İsveçə qarşı keçirilən oyunda vurduğu iki qol Mbappenin turnirdəki ümumi qol sayını səkkizə çatdırıb. Onun hesabında ümumilikdə 6 qol və 2 məhsuldar ötürmə var. Bu göstərici ilə fransalı hücumçu Argentina millisinin kapitanı Lionel Messini qabaqlayıb. Messinin aktivində 6 qol var və heç bir məhsuldar ötürməsi qeydə alınmayıb. Bununla belə, Argentina millisinin turnir çərçivəsində Kabo-Verde ilə daha bir oyunu qaldığından, siyahıda dəyişiklik ehtimalı hələ qalır. Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və turnirin iyulun 19-da başa çatması nəzərdə tutulur. aia.az Geri dön |