Mobil versiya
"İranın Dünya Kubokunda iştirakı üçün çalışırıq" - FİFA prezidenti
Tarix: 31-03-2026 | Saat: 12:23
Bölmə:İdman | çapa göndər

"İranın Dünya Kubokunda iştirakı üçün çalışırıq" -

Futbol üzrə Beynəlxalq Futbol Federasiyası (FİFA) prezidenti Canni İnfantino İranın 2026-cı il Dünya Kubokunda ABŞ-da oynayacağına söz verib.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, turnirin təşkilatçıları komandanın oyunlarını ən yaxşı şəraitdə keçirməsi üçün çalışır:

"Biz işləyirik və onların dünya çempionatında oyunlarını ən yaxşı şəraitdə keçirməsi üçün əlimizdən gələni edəcəyik. B, C və ya D planı yoxdur, yalnız A planı var".

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması regionda gərginliyi artırıb. İranda bir sıra şəhərlər, o cümlədən paytaxt hücumlara məruz qalıb. Məlumatlara görə, hücumlardan biri ölkənin ali dini lideri Əli Xameneinin iqamətgahına dəyib və o, həyatını itirib.

Hazırda İran cavab olaraq İsrailə, ABŞ-nin hərbi bazalarına və Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.

Xatırladaq ki, Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-03-2026