Ana Sayfa > İdman > "İranın Dünya Kubokunda iştirakı üçün çalışırıq" -
"İranın Dünya Kubokunda iştirakı üçün çalışırıq" -Bu gün, 12:23. Yazar: Subhan |
![]() Futbol üzrə Beynəlxalq Futbol Federasiyası (FİFA) prezidenti Canni İnfantino İranın 2026-cı il Dünya Kubokunda ABŞ-da oynayacağına söz verib. aia.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, turnirin təşkilatçıları komandanın oyunlarını ən yaxşı şəraitdə keçirməsi üçün çalışır: "Biz işləyirik və onların dünya çempionatında oyunlarını ən yaxşı şəraitdə keçirməsi üçün əlimizdən gələni edəcəyik. B, C və ya D planı yoxdur, yalnız A planı var". Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması regionda gərginliyi artırıb. İranda bir sıra şəhərlər, o cümlədən paytaxt hücumlara məruz qalıb. Məlumatlara görə, hücumlardan biri ölkənin ali dini lideri Əli Xameneinin iqamətgahına dəyib və o, həyatını itirib. Hazırda İran cavab olaraq İsrailə, ABŞ-nin hərbi bazalarına və Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir. Xatırladaq ki, Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. aia.az Geri dön |