Mobil versiya
“Qarabağ” - “Nyukasl” oyununu bu hakimlər idarə edəcək
Tarix: 16-02-2026 | Saat: 13:30
Bölmə:İdman | çapa göndər

“Qarabağ” - “Nyukasl” oyununu bu hakimlər idarə edəcək


UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və İngiltərənin “Nyukasl” komandaları arasında keçiriləcək ilk oyununun hakim təyinatları açıqlanıb.

aia.az xəbər verir ki, qarşılaşma Norveçdən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Espen Eskosa Yan-Erik Enqan və İsak Elias Başevnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək. VAR-da niderlandlı Rob Diperik, AVAR-da onun həmyerlisi Dennis Hiqler olacaq.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2026