Ana Sayfa > İdman > “Qarabağ” - “Nyukasl” oyununu bu hakimlər idarə edəcək
“Qarabağ” - “Nyukasl” oyununu bu hakimlər idarə edəcək16-02-2026, 13:30. Yazar: sevinc1 |
![]() UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və İngiltərənin “Nyukasl” komandaları arasında keçiriləcək ilk oyununun hakim təyinatları açıqlanıb. aia.az xəbər verir ki, qarşılaşma Norveçdən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Espen Eskosa Yan-Erik Enqan və İsak Elias Başevnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək. VAR-da niderlandlı Rob Diperik, AVAR-da onun həmyerlisi Dennis Hiqler olacaq. Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq. aia.az Geri dön |