Mobil versiya
Fransada gənc oğlana şillə vuran polis məmuruna altı ay şərti həbs cəzası verilib
Tarix: 06-02-2026 | Saat: 18:51
Bölmə:Özəl | çapa göndər

Fransada gənc oğlana şillə vuran polis məmuruna altı ay şərti həbs cəzası verilib

Fransada yerli məhkəmə gənc oğlanın üzünə şillə vurub tüpürən polis məmuruna altı aylıq şərti həbs cəzası verib. “Le Monde” qəzetinin məlumatına görə, Bobigny Cinayət Məhkəməsi dünən gənci şillələyən polis məmuru Aleksandr M.-ni iki il müddətinə ictimai vəzifələrini yerinə yetirməkdən məhrum edib.

Məhkəmə həmçinin Aleksandr M.-ni altı ay, həmkarı Baptiste D.-ni isə hadisəyə reaksiya vermədiyinə görə iki ay şərti həbs cəzasına məhkum edib. Sədrlik edən hakim hadisənin alçaldıcı olduğunu və polis qüvvələrinin imicinə xələl gətirdiyini bildirdi.

Təqsirləndirilən şəxs Aleksandr M. məhkəmədə davranışının vəzifəsinə yaraşmadığına görə təəssüfləndiyini bildirərək "Bunu etməməli idim" dedi.



aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2026