Mobil versiya
ÜST 2026-cı ildə ən təcili səhiyyə ehtiyacları üçün 1 milyard dollar yardım tələb edir
Tarix: 03-02-2026 | Saat: 18:35
Bölmə:Özəl | çapa göndər

ÜST 2026-cı ildə ən təcili səhiyyə ehtiyacları üçün 1 milyard dollar yardım tələb edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə Fövqəladə Hallar Proqramının icraçı direktoru Çikve İhekveazu bildirib ki, "ÜST 2026-cı ildə dünyanın ən ciddi fövqəladə halları zamanı vacib səhiyyə xidmətlərini davam etdirmək üçün 1 milyard dollar yardım istəyir".
O bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisinin həftəlik mətbuat konfransında bildirib.

İhekveazu təxminən 250 milyon insanın ən əsas ehtiyaclarından məhrum olan humanitar böhranlarla üzləşdiyini qeyd edərək, bu şəxslərin təhlükəsizlik, sığınacaq və səhiyyə xidmətlərinə çıxışının olmadığını bildirib.
İhekveazu bildirib ki, "Bu mühitlərdə xəsarətlər, epidemiyalar, qidalanma çatışmazlığı və ya müalicə olunmayan xroniki xəstəliklər səbəbindən səhiyyə ehtiyacları artır, lakin səhiyyə xidmətlərinə çıxış azalır. ÜST 2026-cı ilə qədər dünyanın ən kritik fövqəladə hallarında vacib səhiyyə xidmətlərini davam etdirmək üçün 1 milyard dollar yardım istəyir."

O, bu maliyyələşdirmənin Qəzza və Yaxın Şərq, Sudan, Ukrayna, Konqo Demokratik Respublikası, Haiti və Myanma da daxil olmaqla 36 fövqəladə vəziyyətdə səhiyyə tədbirlərini dəstəkləyəcəyini vurğulayıb, lakin qeyd edib ki, bu ehtiyacların necə ödəniləcəyi ilə bağlı böyük narahatlıqları var.

İhekveazu bildirib ki, "2025-ci il artıq olduqca çətin bir il idi. Qlobal maliyyələşdirmənin kəsilməsi 22 humanitar bölgədə 6700 səhiyyə müəssisəsində xidmətlərin bağlanmasına və ya azaldılmasına səbəb olub və 53 milyon insanı səhiyyə xidmətlərindən məhrum edib. Çətin vəziyyətdə olan ailələr qida və ya dərman almaq kimi qərarlarla üzləşirlər. İnsanlar heç vaxt bu seçimləri etməməlidirlər. Buna görə də, bu gün biz millətlərin və insanların sağlam düşüncəsinə müraciət edirik və onlardan daha sağlam, daha təhlükəsiz bir dünyaya investisiya qoymalarını xahiş edirik."

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2026