Mobil versiya
İran ABŞ ilə danışıqlara açıq olduğunu bir daha təsdiqlədi
Tarix: 29-01-2026 | Saat: 21:09
Bölmə:Özəl | çapa göndər

İran ABŞ ilə danışıqlara açıq olduğunu bir daha təsdiqlədi

İranın Birinci Vitse-prezidenti Məhəmməd Rza Arif ölkəsinin ABŞ ilə danışıqlara qapalı olmadığını, ancaq danışıqlara yalnız ABŞ-dan "həqiqi diplomatik həll yolu tapmağa sadiq olduğuna" dair zəmanət aldıqları təqdirdə başlayacağını bildirib.İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Arif əvvəllər danışıqlara hazır olduqlarını bəyan etdiklərini xatırladaraq, keçmiş danışıqlar zamanı İrana qarşı hücumların baş verdiyini qeyd edib.
Buna görə də, Arif yeni bir danışıqlar prosesi başlasa, oxşar addımların təkrarlanmayacağına dair zəmanət istədiklərini bildirib və qarşı tərəfin həqiqətən danışıqlar axtarıb-axtarmadığının aydınlaşdırılmasının vacibliyini vurğulayıb.

2025-ci ilin iyun ayında ABŞ-la danışıqları davam etdirərkən ABŞ tərəfindən hücuma məruz qaldıqlarını qeyd edən Arif deyib: "Bəs bu dəfə eyni şeyi etməyəcəklərinə dair hansı zəmanət var? Əgər onların həqiqətən danışıqlar axtardıqlarına və daha böyük bir şər gizlətmədiklərinə əminiksə, danışıqlar aparacağıq."

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2026