Mobil versiya
Hollandiya Qrenlandiyada çoxmillətli kəşfiyyat işlərində iştirak edəcək
Tarix: 15-01-2026 | Saat: 18:40
Bölmə:Özəl | çapa göndər

Hollandiya Qrenlandiyada çoxmillətli kəşfiyyat işlərində iştirak edəcək

Niderland, NATO-nun Arktika bölgəsində təhlükəsizliyin artırılmasına yönəlmiş hərbi əməliyyatlarının bir hissəsi olaraq Qrenlandiyada çoxmillətli kəşfiyyat fəaliyyətlərində iştirak edəcəyini açıqladı.
Niderlandın müvəqqəti müdafiə naziri Ruben Brekelmans yazılı açıqlamasında Arktika bölgəsinin və Qrenlandiyanın NATO müttəfiqləri üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.

Brekelmans deyib: "Buna görə də Niderland digər NATO müttəfiqləri ilə birlikdə Arktika bölgəsində keçiriləcək hərbi təlim üçün Qrenlandiyada birgə kəşfiyyat missiyası həyata keçirəcək. Missiyaya Danimarka rəhbərlik edəcək."
Brekelmans kəşfiyyat missiyasına bir əsgərin göndəriləcəyini bildirib və əlavə edib ki, "Missiyanın məqsədi Arktika bölgəsində birgə təlim üçün variantları müəyyən etməkdir. Missiyadan sonra təlim daha ətraflı şəkildə planlaşdırılacaq".

Brekelmans NATO daxilində daha genişmiqyaslı bir missiyanın növbəti addım ola biləcəyini vurğulayaraq, bu məsələnin qarşıdakı dövrdə NATO daxilində müzakirə olunacağını və Hollandiya hökumətinin bu yanaşmaya müsbət baxdığını qeyd edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026