Mobil versiya
Suriya prezidenti Şaradan Açıqlmalar
Tarix: 15-01-2026 | Saat: 10:12
Bölmə:Özəl | çapa göndər

Suriya prezidenti Şaradan  Açıqlmalar

Suriya prezidenti Əhməd Şara ölkəsindəki kürdlərin qorunmasının PKK terror təşkilatı ilə əlaqələndirilə bilməyəcəyini və kürdlərin qorunmasının onların yeni Suriyaya inteqrasiyasından asılı olduğunu bildirib.
Suriya dövlət televiziya kanalı "Əl-İxbariyyə" sosial media platformalarında İraqın "Şams TV" kanalı tərəfindən yayımlanmayan Şara ilə müsahibədən parçalar paylaşıb.
Suriya İnformasiya Nazirliyi, sözügedən telekanalın Şaranın müsahibəsini "siyasi səbəblərdən" yayımlamadığını və bu qərarın peşəkar jurnalistikada heç bir əsasının olmadığını vurğuladı. Nazirlik, müsahibəni hüquqi çərçivə daxilində rəsmi platformaları vasitəsilə dərc etmək hüququnu özündə saxladığını bildirdi.

Müsahibədə Şara bütün Suriya xalqının köhnə rejimin qurbanı olduğunu və Əsəd rejiminin süqutunun Suriya kürdlərinin məruz qaldığı zülmə qarşı ilk real cavab olduğunu bildirdi.

"Kürdlərin cəsarətinə heyranam və kaş ki, Suriya ordusunun bir hissəsi cəsur kürdlərdən ibarət olsun" deyən Şara, inqilab boyunca, hətta Suriyanın şimal-qərbindəki nəzarətindən kənar ərazilərdə belə, kürdləri qorumaq üçün əlindən gələni etdiyini əlavə etdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026