Solovyovun «oynamaq» arzusu və ya Kremli̇n «sadi̇q tulası»nın geopoli̇ti̇k komedi̇yasi
Tarix: 14-01-2026 | Saat: 14:02
Bölmə:Karusel / Siyasət / Özəl / Yazar3 | çapa göndər

Deyəsən, okeanın o tayında Tramp "Maduro əməliyyatı"na start verəndən bəri, şimalda bəzilərinin qol-qanadı elə bitib ki, az qala uçub hamını dimdikləmək istəyirlər. Sahənin "baş xoruzu", ekranların bədnam "bülbülü" Vladimir Solovyov isə yenə efirdə elə bir "opera" oxuyur ki, dinləyəndə adamın qulaqlarından qan yerinə şovinizm damcılayır.
Bizim bu yəhudi əsilli "təxribat ustası" ağzını elə açıb ki, sanki dünya xəritəsi onun bağçasındakı ləklərdir. Paşinyanı hədələyir, Ermənistanı silkələyir, Mərkəzi Asiyanı isə özünə "problem" edib. Deyir: "Oyunlar bitdi!"
Ay sənə qurban, hansı oyun? Sən bəlkə SSRİ-nin dağılmasını hansısa "Sony PlayStation" oyunu ilə səhv salmısan? Müstəqil dövlətlər BMT-də stul qoyub oturanda, sən yəqin hələ ekran qarşısında "Vətən qarşısında xidmət" ordeni xəyalları qururdun. Yeri gəlmişkən, o ordeni də Putindən elə alıb ki, sanki I Pyotrun gəmisində matros işləyib. Adamın "xidməti" də məlumdur: 24 saat efirdə qonşulara "barmaq silkələmək" və imperialist nağıllar danışmaq.
Maraqlısı budur ki, vaxtilə Xocalı canisi Sərkisyan da buna "Şərəf ordeni" vermişdi. İndi isə həmin "şərəfli" Solovyova Ermənistanda "persona non-grata" deyib qapını göstərirlər. Erməni rəsmisi Tiqran Akopyan isə dözməyib buna "manyak" deyib. Vallah, Tiqran bəy, biz hələ o qədər uzağa getməyək, amma adamın diaqnozu "geopolitika xəstəliyi"dir, müalicəsi də ancaq pultun "off" düyməsidir.

Solovyovun məntiqi ilə hər şey sadədir: "Ukraynada bataqlığa batmışıqsa, gəlin beynəlxalq hüquqa bir tüpürək, gedək digər qonşuların da həyətinə daş ataq". Görünür, 4 ildir Ukrayna bataqlığında çabalamaq ona azlıq edir, indi də istəyir ki, bütün Cənubi Qafqazı "xüsusi əməliyyat" menyusuna əlavə etsin.
Amma bu "bayquşların" (və ya "Solovyovların") nəğməsini kəsməyin bir yolu var: Qafqazda hamı bir süfrəyə əyləşib çörək kəsməlidir. Ermənistan da başa düşməlidir ki, uzaqdakı "manyak"ın ordenli hədələrindən qurtulmağın yolu – qonşusu Azərbaycan və Türkiyə ilə sərhəddə çay içməkdən keçir.
Yoxsa bu "Kreml tulası" hələ çox hürəcək. Əsas odur ki, kimsə onun qarşısına sümük yerinə beynəlxalq hüququ qoysun – bəlkə onda dişləri bir az qırılar. Əks halda, bu imperiya "gorbagor" olana qədər biz hələ çox "oyunlar bitdi" serialına baxacaqdıq. Amma heyif ki, rejissorun ssenarisi artıq köhnəlib, tamaşaçılar isə çoxdan zalı tərk ediblər!
Şəmsi Qoca
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər