Mobil versiya
Tramp Baydenin şəxsən imzaladığı yeganə sənədin adını çəkdi
Tarix: 06-01-2026 | Saat: 21:18
Bölmə:Özəl | çapa göndər

Tramp Baydenin şəxsən imzaladığı yeganə sənədin adını çəkdi

ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin şəxsən imzaladığı yeganə sənədin oğlu Hanterin əfvi olduğunu bildirib. O, bu açıqlamanı ABŞ Nümayəndələr Palatasında respublikaçı qanunvericilər qarşısında çıxış edərkən verib.
Trampın sözlərinə görə, qalan sənədlər Bayden tərəfindən qələmlə imzalanıb.

Bayden oğlu Hanteri 2 dekabr 2024-cü ildə əfv edib. O, ümid etdiyini bildirib ki, millət "bir ata və prezidentin niyə bu addımı atdığını başa düşəcək". Hanter Bayden özü əfv elan edildikdən sonra həyatını asılılıqdan əziyyət çəkən insanlara kömək etməyə həsr etmək niyyətində olduğunu və etdiyi səhvlərə görə məsuliyyəti etiraf etdiyini bildirib.

Daha əvvəl Donald Tramp Co Baydenin qələmlə imzaladığı bütün sənədlərin ləğv edildiyini elan etmişdi. "Yuxulu Co Baydenin qələmlə imzaladığı, ümumi sənədin təxminən 92 faizini təşkil edən istənilən sənəd bununla ləğv edilir və heç bir qüvvəyə malik deyil", - deyə Amerika lideri yazıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026