Mobil versiya
Kolumbiya Prezidenti Petro: Bunu nə Netanyahu, nə Hitler, nə Franko, nə də Salazar etməyib
Tarix: 05-01-2026 | Saat: 19:46
Bölmə:Özəl | çapa göndər

Kolumbiya Prezidenti Petro: Bunu nə Netanyahu, nə Hitler, nə Franko, nə də Salazar etməyib

Kolumbiya prezidenti Qustavo Petro bildirib ki, dünya tarixində hətta "diktatorlar" belə ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi kimi bir şey etməyiblər.
Petro, ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında paylaşım edərək, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsinə reaksiya verib.

ABŞ-ın bəşər tarixində Cənubi Amerika ölkəsinin paytaxtını bombalayan ilk ölkə olduğunu qeyd edən Poteri, sözlərini belə davam etdirib:"Nə (İsrail Baş naziri Benyamin) Netanyahu, nə (Nasist diktatoru Adolf) Hitler, nə (İspaniya diktatoru Fransisko) Franko, nə də (Portuqaliya diktatoru Antonio de Oliveira) Salazar bunu etməyib."
Petro, Cənubi Amerikalıların baş verənləri unutmayacağını vurğulayaraq, "Yaramız uzun müddətdir açıqdır. Latın əcdadlarımız bizə "Vendetta" (qisas) pıçıldasalar da, qisas almağa çalışmamalıyıq" dedi.

İnsanların qisas adı altında bir-birini lazımsız yerə öldürdüyünü vurğulayan Petro, tərəfdaşlıqların dəyişdirilməli olduğunu bildirdi. O, Latın Amerikasının ya birləşməli olduğunu, ya da dünya üçün vacib bir mərkəz kimi deyil, xidmətçi və kölə kimi qəbul edilməli olduğunu bildirdi.

O, təkcə Şimali Amerikaya deyil, bütün dünyaya əməkdaşlığa ümid etdiyini söylədi və Çin və Rusiya ilə ittifaqların nəticə vermədiyini qeyd etdi.

Braziliya prezidenti Luiz İnasio Lulaya müraciət edən Petro, ittifaqın ilk növbədə bombalanan Latın Amerikasının özü ilə olması lazım olduğunu vurğuladı.

Epetro, bəzi liderləri xarici hökumətlərə boyun əyməkdə günahlandıraraq, bütün Latın Amerikası liderlərinin bir araya gəlməsinin vacibliyini vurğuladı.

Venesuelanın bombalanmasını nasistlərin Gernikanı bombalaması ilə müqayisə edən Petro, "Dostlar bombalamır" dedi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026