Mobil versiya
Qəssam Briqadaları: Ali Baş Komandan və sözçüsü həlak olub
Tarix: 29-12-2025 | Saat: 20:11
Bölmə:Özəl | çapa göndər

Qəssam Briqadaları: Ali Baş Komandan  və sözçüsü həlak olub

HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları, 30 yanvar 2024-cü ildə baş komandan Məhəmməd Dayfın ölümündən sonra komandanlığı ələ keçirən Məhəmməd Sinvarın və hərbi sözçü Əbu Ubaydənin İsrail hücumlarında öldürüldüyünü rəsmi olaraq açıqladı.İzzəddin əl-Qəssam Briqadalarının yeni hərbi sözçüsü məsələ ilə bağlı video açıqlama verdi.

Adı açıqlanmayan hərbi sözçü dedi: “Biz qürurla İzzəddin əl-Qəssam Briqadalarının baş komandanının, fövqəladə zəkaya malik bir insanın, briqadalara son dərəcə çətin bir dövrdə rəhbərlik etmiş və böyük şəhidimiz Əbu Xalid (Məhəmməd) Deyfin yerinə keçən şəxsin şəhid olduğunu elan edirik”.
Hərbi sözçü həmçinin Rəfəh Briqadası Komandiri Məhəmməd Şabbanın ölümünü elan edərək, onun HƏMAS lideri Yəhya Sinvarla birlikdə öldüyünü bildirib.

Sözçü həmçinin Qəssam Briqadalarının müxtəlif şöbələrində, xüsusən də təlim, hərbi kolleclər və silahlanma sahələrində mühüm rol oynayan Hakem əl-İssanın ölümünü də elan edib və əlavə edib: "Həmçinin hərbi istehsalat rəhbəri və əməliyyatlar rəhbəri Şeyx Raid Saadın şəhid olmasını kədərlə elan edirik".

Sözçü həmçinin İsrailin hücumunda əsl adı keçmiş hərbi sözçü Hüzeyfə Abdullah əl-Kəhlut olan Əbu Ubaydənin öldürüldüyünü açıqlayıb və bildirib ki, "Əbu Ubaydə Qəssam media aparatını böyük səriştə ilə idarə edib və Əl-Əqsa fırtınası hadisələrini dünyaya ən möhtəşəm şəkildə çatdırıb".

aia.az
Tərcümə şöbəs



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026