Mobil versiya
Suriyanın Suveyda əyalətində naməlum hərbi təyyarə hava hücumu həyata keçirib
Tarix: 26-12-2025 | Saat: 09:52
Bölmə:Özəl | çapa göndər

Suriyanın Suveyda əyalətində naməlum hərbi təyyarə hava hücumu həyata keçirib

Naməlum hərbi təyyarə Suriyanın cənubundakı Suveyda əyalətinin Əl-Kəfr kəndinə hava hücumu həyata keçirib.
​​​​​​​Suriya dövlət televiziya kanalı Əl-İxbariyyənin öz müxbirinə istinadən verdiyi məlumata görə, İordaniyaya məxsus olduğu güman edilən bir döyüş təyyarəsi Əl-Kəfr şəhərinin şərqindəki idman kompleksini və silah satıcılarının silah anbarı kimi istifadə etdiyi bildirilən Tal Qalib ətrafındakı ərazini hədəfə alıb.

Hücumla bağlı İordaniyadan heç bir rəsmi açıqlama verilməyib.

Dünən İordaniya Silahlı Qüvvələri ölkənin şimalındakı sərhəd boyunca həyata keçirilən hava hücumunda çoxsaylı silah və narkotik qaçaqmalçısının zərərsizləşdirildiyini bildirən yazılı bir açıqlama yayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026