Mobil versiya
Avustralyada anomal havalar müşahidə olunur
Tarix: 24-12-2025 | Saat: 16:57
Bölmə:Özəl | çapa göndər

Avustralyada anomal havalar müşahidə olunur
Avstraliyanın şimal-qərbi tropik siklon təhlükəsi ilə üzləşərkən, Pert və cənub-qərbdəki ətraf ərazilər həddindən artıq istilərlə mübarizə aparır.ABC News-un məlumatına görə, Avstraliyaya eyni anda iki əks hava hadisəsi təsir göstərir.
Avstraliyanın şimal-qərbindəki Kokos adaları sahillərində Hind okeanında əmələ gələn Qrant tropik siklonunun güclü küləklər, yüksək dalğalar və ani daşqınlar gətirəcəyi gözlənilir.

Avstraliya Meteorologiya Bürosu (BOM) siklonun sürətlə güclənə biləcəyi və küləyin sürətinin saatda 70 kilometri keçə biləcəyi barədə xəbərdarlıq edib.

Bu arada, Qərbi Avstraliyanın paytaxtı Pertdə temperaturun Milad günündə 40 dərəcə Selsiyə çatacağı proqnozlaşdırılır. Ştatın böyük bir hissəsini əhatə edən isti dalğası meşə yanğınları riskini artırıb və geniş yayılmış yanğın qadağaları qüvvədədir.

Hakimiyyət orqanları vətəndaşları ölkə daxilində eyni vaxtda baş verən bu ekstremal hava şəraiti ilə bağlı xəbərdarlıqlara diqqətlə əməl etməyə çağırıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026