Mobil versiya
Kurtua Çempionlar Liqasının oyununu buraxacaq
Tarix: 25-11-2025 | Saat: 18:00
Bölmə:İdman | çapa göndər

Kurtua Çempionlar Liqasının oyununu buraxacaq

İspaniyanın “Real Madrid” komandasının qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Yunanıstan təmsilçisi “Olimpiakos”la keçiriləcək oyunu buraxacaq.

aia.az xəbər verir ki, tibbi müayinələrdən sonra belçikalı qolkiperə mədə-bağırsaq infeksiyası diaqnozu qoyulub. Bu səbəbdən o, Yunanıstana yollanmayacaq və həkimlərin nəzarəti altında olacaq.

Qeyd edək ki, noyabrın 26-dan 27-nə keçən gecə Georgios Karaiskakis stadionunda təşkil olunacaq “Olimpiakos” - “Real Madrid” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026