Ana Sayfa > İdman > Kurtua Çempionlar Liqasının oyununu buraxacaq
Kurtua Çempionlar Liqasının oyununu buraxacaq25-11-2025, 18:00. Yazar: sevinc1 |
![]() İspaniyanın “Real Madrid” komandasının qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Yunanıstan təmsilçisi “Olimpiakos”la keçiriləcək oyunu buraxacaq. aia.az xəbər verir ki, tibbi müayinələrdən sonra belçikalı qolkiperə mədə-bağırsaq infeksiyası diaqnozu qoyulub. Bu səbəbdən o, Yunanıstana yollanmayacaq və həkimlərin nəzarəti altında olacaq. Qeyd edək ki, noyabrın 26-dan 27-nə keçən gecə Georgios Karaiskakis stadionunda təşkil olunacaq “Olimpiakos” - “Real Madrid” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. aia.az Geri dön |