Mobil versiya
“Napoli” - “Qarabağ” oyununa getmək istəyənlərin NƏZƏRİNƏ!
Tarix: 14-11-2025 | Saat: 13:19
Bölmə:İdman | çapa göndər

“Napoli” - “Qarabağ” oyununa getmək istəyənlərin

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) - “Qarabağ” matçı üçün biletlər satışa çıxarılır.

Klubdan aia.az-a verilən məlumata görə, “Dieqo Armando Maradona" stadionunda Ağdam təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər “iTicket.az” saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq. Biletlərin qiyməti: 110 AZN.

Vauçerləri ilkin olaraq “iTicket.az”dan əldə ediləcək. Oyun gününə qədər isə bilet sifariş zamanı göstərilən e-mail ünvanına “iTicket.az”ın rəsmi e-maili vasitəsilə göndəriləcək.

Azarkeşlərimiz üçün "Stadio Diego Armando Maradona"da 2480 yer ayrılıb. Ayrılmış sektorlara giriş "Gate 26" vasitəsilə olacaq.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 26-ı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2025