Ana Sayfa > İdman > “Napoli” - “Qarabağ” oyununa getmək istəyənlərin
“Napoli” - “Qarabağ” oyununa getmək istəyənlərinBu gün, 13:19. Yazar: sevinc1 |
![]() UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) - “Qarabağ” matçı üçün biletlər satışa çıxarılır. Klubdan aia.az-a verilən məlumata görə, “Dieqo Armando Maradona" stadionunda Ağdam təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər “iTicket.az” saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq. Biletlərin qiyməti: 110 AZN. Vauçerləri ilkin olaraq “iTicket.az”dan əldə ediləcək. Oyun gününə qədər isə bilet sifariş zamanı göstərilən e-mail ünvanına “iTicket.az”ın rəsmi e-maili vasitəsilə göndəriləcək. Azarkeşlərimiz üçün "Stadio Diego Armando Maradona"da 2480 yer ayrılıb. Ayrılmış sektorlara giriş "Gate 26" vasitəsilə olacaq. Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 26-ı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. aia.az Geri dön |