Mobil versiya
III MDB Oyunları başa çatdı
Tarix: 08-10-2025 | Saat: 17:44
Bölmə:Karusel / İdman | çapa göndər

III MDB Oyunları başa çatdı

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yarışlara yekun vurulub.

aia.az xəbər verir ki, son yarış günündə Şəkidə keçirilən bədii gimnastika üzrə mübarizədə idmançılarımız ümumilikdə 6 medal qazanıblar.

Bununla da Azərbaycan Oyunları 184 medalla başa vurub. Medallardan 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc olub. Bu nəticə ilə yığmamız ümumi sıralamada ikinci yeri tutub. Turnirin qalibi Rusiya olub.

Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən keçirilən MDB Oyunlarında öz tarixinin ən yaxşı nəticəsini göstəriblər. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), II Oyunlarda isə 62 (10 qızıl, 17 gümüş, 35 bürünc) medal qazanmışdı.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-10-2025