Ana Sayfa > Karusel / İdman > III MDB Oyunları başa çatdı
III MDB Oyunları başa çatdıBu gün, 17:44. Yazar: sevinc1 |
![]() Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yarışlara yekun vurulub. aia.az xəbər verir ki, son yarış günündə Şəkidə keçirilən bədii gimnastika üzrə mübarizədə idmançılarımız ümumilikdə 6 medal qazanıblar. Bununla da Azərbaycan Oyunları 184 medalla başa vurub. Medallardan 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc olub. Bu nəticə ilə yığmamız ümumi sıralamada ikinci yeri tutub. Turnirin qalibi Rusiya olub. Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən keçirilən MDB Oyunlarında öz tarixinin ən yaxşı nəticəsini göstəriblər. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), II Oyunlarda isə 62 (10 qızıl, 17 gümüş, 35 bürünc) medal qazanmışdı. aia.az Geri dön |