Mobil versiya
Türkiyəli seysmoloqdan güclü zəlzələ xəbərdarlığı: "Evlərinizdən köçün"
Tarix: 25-09-2025 | Saat: 09:40
Bölmə:Dünya | çapa göndər

Türkiyəli seysmoloqdan güclü zəlzələ xəbərdarlığı:

Zəlzələ mütəxəssisi Prof. Dr. Ahmet Ərcan, Balıkəsirin Sındırqı bölgəsində baş verən ardıcıl təkanlardan sonra bölgədə böyük zəlzələ təhlükəsi barədə xəbərdarlıq edib.

aia.az xəbər verir ki, Ərcan bildirib ki, son üç gündə 4,6 - 4,2 və 4,7 maqnitudalı zəlzələlərin baş verməsi, bölgədə gərginliyin hələ də yüksək olduğunu göstərir:

Onun sözlərinə görə, sarsıntılar uzun müddət davam edə bilər və bu da gərginliyi artıraraq daha böyük zəlzələyə səbəb ola bilər. Ərcan bu vəziyyəti əvvəllər eyni qırıq üzərində baş verən Simav zəlzələsi ilə müqayisə edib.

Mütəxəssis vətəndaşlara xəbərdarlıq edərək, möhkəm torpaq üzərində inşa olunmuş evlərə köçməyin vacibliyini vurğulayıb.

Xüsusilə Sındırqıda tikilən TOKİ mənzillərinin möhkəm və təhlükəsiz olduğunu qeyd edən Ərcan belə deyib: "Sındırqıda inşa edilən TOKİ evləri güclü zəmin üzərində möhkəm binalardır. İnsanların tez bir zamanda bu evlərə köçməsi tövsiyə olunur."/Milli.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2025