Mobil versiya
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
Tarix: 08-08-2025 | Saat: 09:33
Bölmə:İdman | çapa göndər

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Avrokuboklarda həftənin oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

aia.az xəbər verir ki, III təsnifat mərhələsinin ilk matçlarından sonra əmsalı 19.000-ə çatan Azərbaycan 28-ci yerdə qərarlaşıb.

Ukrayna (19.600) 27-ci, Rusiya (18.299) 29-cu sıradadır.

Bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində səfərdə "Şkendiya"nı (Şimali Makedoniya) məğlub edib - 1:0. "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mçərhələsində Bolqarıstanın "Levski" klubuna 0:1 hesabı ilə uduzub. "Araz-Naxçıvan" isə Bakıda Kiprin "Omoniya" komandasına böyük hesabla yenilib - 0:4.

Qeyd edək ki, UEFA reytinqində İngiltərə (94.839) liderdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-08-2025