Ana Sayfa > İdman > Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyibBu gün, 09:33. Yazar: sevinc1 |
![]() Avrokuboklarda həftənin oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. aia.az xəbər verir ki, III təsnifat mərhələsinin ilk matçlarından sonra əmsalı 19.000-ə çatan Azərbaycan 28-ci yerdə qərarlaşıb. Ukrayna (19.600) 27-ci, Rusiya (18.299) 29-cu sıradadır. Bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində səfərdə "Şkendiya"nı (Şimali Makedoniya) məğlub edib - 1:0. "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mçərhələsində Bolqarıstanın "Levski" klubuna 0:1 hesabı ilə uduzub. "Araz-Naxçıvan" isə Bakıda Kiprin "Omoniya" komandasına böyük hesabla yenilib - 0:4. Qeyd edək ki, UEFA reytinqində İngiltərə (94.839) liderdir. aia.az Geri dön |