Rəşad Cəbrayılov: “Ulu Öndər Heydər Əliyevin bütün həyatı Azərbaycan xalqına və dövlətçiliynə xidmətə həsr olunub”
Tarix: 12-06-2025 | Saat: 14:39
Bölmə:Karusel | çapa göndər

“Dünya Azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi gün ölkəmizin və xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. 1991-ci ildə Azərbaycan ötən əsrdə artıq ikinci dəfə öz müstəqilliyini elan etdi. Lakin ölkədə yaranmış qarışıqlıq və özbaşınalıq sayəsində hakimiyyətə gəlmiş siyasi qüvvələrin səriştəsizliyi, növbəti iki il ərzində cərəyan edən dağıdıcı proseslər Azərbaycanı real olaraq parçalanmaq və dövlətçiliyini itirmək təhlükəsi qarşısında qoymuşdu. Vətəndaş müharibəsi ərəfəsində olan respublikada hətta Qarabağ savaşı da arxa plana keçmişdi. Belə bir çətin dönəmdə Azərbaycan xalqı ən müdrik qərarını verərək Heydər Əliyevi hakimiyyətə təkidlə dəvət etdi. Ulu Öndərin 1993-cü ildə ölkədə siyasi hakimiyyətə tarixi qayıdışı dövlətçiliyin və müstəqilliyin, Azərbaycanın bütövlüyünün qorunub saxlanmasında əsas həlledici amili oldu.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Salyan Rayon İcra Hakimiyyətinin başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov deyib
Ötən əsrin ikinci yarısından respublikamızın ictimai-siyasi həyatına Heydər Əliyevin fəal dövlət rəhbəri kimi daxil olduğunu qeyd edən müsahibimiz xüsusi olaraq vurğulayıb ki, məhz həmin vaxtdan etibarən Ümummilli Liderin davamlı olaraq atdığı taleyüklü addımlar sayəsində Azərbaycanın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılıb: “İstənilən baxış bucağından yanaşdıqda 1969-cu ilin ən yeni Azərbaycan tarixində intibaha aparan dönməz inkişaf yolunun başlanğıc nöqtəsi olduğu aydın görünür. Məhz həmin il Heydər Əliyev o zaman hələ SSRİ tərkibində mövcud olan respublikamızda ilk dəfə siyasi hakimiyyətə gəldi. Bundan sonra Ulu Öndər bütün həyat və fəaliyyətini Azərbaycanın sürətli inkişafına və gələcək müstəqil dövlətimizin iqtisadi, siyasi və ideoloji əsaslarının qurulmasına həsr etdi. Həmin dönəmdə Sovet İttifaqının ifrat dərəcədə mərkəzləşdirilmiş siyasi-iqtisadi idarəçilik şəraitində Azərbaycana rəhbərlik edən Heydər Əliyev özünün qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində keçmiş ittifaqın bir çox qabaqcıl texnologiyalara əsaslanan sənaye istehsal müəssisələrinin respublikamızda inşa edilməsinə nail oldu. Ulu Öndərin gərgin səyləri, davamlı olaraq həyata keçirilən və respublikada ictimai həyatın ən müxtəlif sahələrini əhatə edən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanın mövcud potensial imkanları dəfələrlə artırıldı. Buna paralel olaraq 1969-1982-ci illər ərzində siyasi-ideoloji müstəvidə görülən işlərin nəticəsi olaraq Heydər Əliyev zəkasının yaratdığı milli azərbaycançılıq konsepsiyası bu gün müstəqil Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlərin əsasında duran uğurlu daxili və xarici siyasətin formalaşması üçün möhkəm zəmin yaratdı.”
Fikirlərini davam etdirən Rəşad Cəbrayılov Ulu Öndər Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışından sonra Azərbaycanın sabitlik və inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb: “1993-cü ildən sonra Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda ilk növbədə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb olunmaqla, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına şərait yaratdı. Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən iqtisadi siyasət belə deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev müstəqillik amilinin əyani şəkildə bərqərar olması üçün ilk növbədə iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün möhkəm iqtisadi bazanın formalaşmasını, güclü ordunun yaradılmasını vacib sayıb. Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Məhz buna görə xalqımız Ümummilli Liderin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin ötən əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması birbaşa Ulu Öndərimizin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur. Bu günümüzün reallıqları bir daha bunu deməyə əsas verir ki, Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla inkişaf və davam etdirdiyi Heydər Əliyev siyasi kursu Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur. Məhz bütün bunlara görə Ümummilli Liderimizin əziz xatirəsi əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacaqdır” – deyə, Rəşad Cəbrayılov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-06-2025
16:10 Strateji mesaj.