Rusiyanın ultimatumu ilə bağlı ABŞ-ın problemləri üzə çıxıb
Tarix: 05-08-2025 | Saat: 22:08
Bölmə:Özəl | çapa göndər

Bloomberg yazır ki, Birləşmiş Ştatlar Rusiyaya verilən ultimatuma əməl etməzsə, etibarını itirmək və öz maraqlarına zərər vurmaq riski ilə üzləşir.Agentliyin fikrincə, Vaşinqtonun avqustun 8-dək Moskvaya ultimatumdan imtina etməsi zəiflik əlaməti kimi qəbul ediləcək və ABŞ-ın beynəlxalq reputasiyasına xələl gətirəcək.
Bloomberg həmçinin qeyd edir: "Əgər qalib gələrsə, pilotsuz döyüşlərdə bacarıqlı genişlənmiş, döyüşdə möhkəmlənmiş Rusiya ordusu ABŞ-ın Avropadakı maraqlarına ciddi təhlükə yaradacaq".
Agentlik həmçinin Rusiyanın pilotsuz texnologiyaları aktiv şəkildə inkişaf etdirməsinə, silah-sursat istehsalının NATO üzvlərinin imkanlarını üstələyən sürətlə artmasına, Moskvanın Tehran, Pxenyan və Pekinlə əlaqələrinin güclənməsinə, habelə neft ixracının Hindistan və Çin bazarlarına yönləndirilməsinə diqqət çəkib.
“Nüfuz uğrunda qlobal mübarizədə [Rusiya Prezidenti Vladimir] Putin uzun müddətdir ki, daha yaxşı oynayır”, - Bloomberg yekunlaşdırıb.
Daha əvvəl “Reuters” agentliyi mənbələrə istinadən xəbər verir ki, Vladimir Putin çətin ki, Moskvadan Ukraynadakı münaqişəni on gün ərzində həll etməyi tələb edən ABŞ prezidenti Donald Trampın ultimatumuna razı olsun, o, ABŞ-ın Moskva və onun ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar və 100 faizlik rüsumlar tətbiq edəcəyi ilə hədələyib.
Agentliyin mənbələrinə görə, Rusiya lideri Trampla “münasibətləri korlamaq istəməz” və başa düşür ki, Moskva ilə Vaşinqton arasında əlaqələri yaxşılaşdırmaq şansını əldən vermək ehtimalı var. Mənbələrin vurğuladığı kimi, Putin üçün Rusiyanın milli maraqları birinci dərəcəli əhəmiyyət kəsb edir, ona görə də onun Ukrayna münaqişəsində məqsədi əraziləri azad etmək, yalnız bundan sonra yerlərdə reallıqları nəzərə alaraq sülh danışıqları aparmaqdır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-08-2025