Mobil versiya
Qabiliyyət imtahanlarında 37 mindən çox abituriyent qeydiyyatdan keçib
Tarix: 04-08-2025 | Saat: 18:11
Bölmə:Təhsil | çapa göndər

Qabiliyyət imtahanlarında 37 mindən çox abituriyent qeydiyyatdan keçib

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlarda iştirak etmək üçün ümumilikdə 37 mindən çox abituriyent (subbakalavr) qeydiyyatdan keçib.

aia.az xəbər verir ki, bu gün idman istiqamətinə aid 61 (məşqçilik) komissiya üzrə ixtisas imtahanları keçirilir. İmtahanlarda 1032 abituriyentin (subbakalavrın) iştirakı nəzərdə tutulub.

Məlumat üçün bildiririk ki, İmtahanlar iyunun 20-də başlanıb və avqust 11-də yekunlaşacaq.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2025