Zelenski Amerikanın atəşi dayandırmaq təşəbbüsünü dəstəkləyib
Tarix: 05-08-2025 | Saat: 22:51
Bölmə:Özəl | çapa göndər

Vladimir Zelenski Donald Trampla telefon danışığı zamanı Amerikanın dərhal atəşkəs təklifini dəstəklədiyini bildirib. Bu barədə Ukrayna lideri Telegram-da axşam müraciətində məlumat verib.
Zelenskinin sözlərinə görə, Amerika prezidenti cəbhədəki mövcud vəziyyəti, o cümlədən Rusiyanın hücumlarının intensivləşməsini yaxşı bilir. Ukrayna tərəfi hərbi əməliyyatların dayandırılması üçün müxtəlif formatları, o cümlədən əvvəllər təklif edilmiş “səmada sükut” variantını nəzərdən keçirməyə hazırdır.
“Biz Amerikanın dərhal atəşkəslə bağlı təklifini tam dəstəkləyirik”, - deyə Zelenski bildirib.
Avqustun 5-də Bloomberg agentliyi Rusiya tərəfinin guya Ukrayna ilə qarşılıqlı hava atəşkəsi bağlamaq imkanını nəzərdən keçirdiyini bildirib. Nəşrin qeyd etdiyi kimi, bu danışıqlar ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskvaya səfəri öncəsi Donald Tramp administrasiyasının güzəştlərindən birinə çevrilə bilər.
Donald Tramp bildirib ki, Witkoff 6 və ya 7 avqustda, Vaşinqtonun Ukraynada atəşkəslə bağlı ultimatumunun bitməsinə bir-iki gün qalmış Moskvaya səfər edəcək. ABŞ prezidenti bir daha bəyan edib ki, sülh yolu ilə nizamlanmada irəliləyiş olmasa, o, həm Moskvaya, həm də beynəlxalq təzyiqlərə baxmayaraq Rusiyanın enerji resurslarını almağa davam edən ticarət tərəfdaşlarına təsir edəcək yeni sanksiyalar tətbiq edəcək.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-08-2025