Mobil versiya
İsrail Baş Qərargah rəisi Netanyahuya Qəzzaya hücum planlarını təqdim edib
Tarix: 05-08-2025 | Saat: 21:48
Bölmə:Özəl | çapa göndər

İsrail Baş Qərargah rəisi Netanyahuya Qəzzaya hücum planlarını təqdim edib
İsrail Baş Qərargah rəisi Eyal Zamirin baş nazir Benyamin Netanyahuya Qəzza zolağına hücumların davam etdirilməsi variantları təqdim etdiyi bildirilir.
İsrail Baş Nazirlik Ofisi Netanyahunun yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə keçirdiyi üç saatlıq, dar çərçivəli təhlükəsizlik görüşü ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, Baş Qərargah rəisi Zamir hökumətə Qəzza zolağına hücumların davam etdirilməsi variantlarını təqdim edib.

Qeyd olunub ki, İsrail ordusu Qəzzaya hücumların davam etdirilməsi ilə bağlı təhlükəsizlik kabinetinin verdiyi istənilən qərarı icra etməyə hazırdır.

İsrail mediası bildirib ki, toplantıda baş nazir Netanyahu, həmçinin müdafiə naziri Yisrael Katz, strateji işlər naziri Ron Dermer və Qəzza zolağının bütünlüklə işğalına qarşı olduğunu bəyan edən Baş Qərargah rəisi Eyal Zamir iştirak edib.

İsrail dövlət televiziyası KAN-a danışan vəziyyətlə bağlı məlumatı olan israilli mənbə, Netanyahunun Qəzza zolağının tam işğalına meyl etdiyini bildirib.

Baş qərargah rəisi Zamirin Qəzzanın bütünlüklə işğalı planına qarşı çıxdığı iddia edilirdi.

Bildirilib ki, Netanyahunun ofisi Zamirə “Qəzzənin bütünlüklə işğalı planı sizə yaraşmırsa, istefa verməlisiniz” mesajı göndərib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-08-2025