Mobil versiya
İyulda İspaniyada yüksək temperatur 1060 nəfərin həyatına son qoyub
Tarix: 05-08-2025 | Saat: 20:32
Bölmə:Özəl | çapa göndər

İyulda İspaniyada yüksək temperatur 1060 nəfərin həyatına son qoyub
İspaniya Səhiyyə Nazirliyi iyul ayında ölkədə həddindən artıq istilərin 1060 nəfərin ölümünə səbəb olduğunu açıqlayıb.
Avqustun 3-dən İspaniyaya təsir edən yeni isti dalğası ilə bağlı ictimaiyyəti xəbərdar edən Səhiyyə Nazirliyi, Gündəlik Ölüm İzləmə Sisteminin (MoMo) məlumatlarına əsaslanaraq iyul ayında istidən ölənlərin sayını açıqladı.

Nazirliyin açıqlamasında "İyul ayında yüksək temperaturdan 1060 ölüm hadisəsi baş verib. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 57 faiz çoxdur. İstilər ölümcüldür və sağlamlıq üçün ciddi risklər yaradır. Diqqətinizi aşağı salmayın: Bol su için, özünüzü qoruyun və ən çox ehtiyacı olanlara diqqət edin".

Bildirilib ki, həddindən artıq istidən dünyasını dəyişənlərin böyük əksəriyyəti xroniki və patoloji vəziyyəti olan xəstələr və ahıllardır.

İspaniya Meteorologiya İnstitutu (AEMET) avqustun 3-də ölkəyə daxil olan isti dalğasının həftə sonuna qədər davam edəcəyini açıqlayıb.

Ölkənin 17 muxtar icmasından 10-da istilərə və meşə yanğınlarına qarşı ehtiyat tədbirləri görülərək xəbərdarlıq səviyyəsi qaldırılıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-08-2025