Mobil versiya
BDYPİ “1 sual – 1 cavab” adlı yeni rubrikaya start verir
Tarix: 05-08-2025 | Saat: 11:36
Bölmə:Ölkə | çapa göndər

BDYPİ “1 sual – 1 cavab” adlı yeni rubrikaya start verir

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai maarifləndirmə tədbirləri çərçivəsində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu gündən etibarən “1 sual – 1 cavab” adlı yeni rubrikaya başlayır.

aia.az xəbər verir ki, BDYPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, rubrikanın əsas məqsədi vətəndaşların yol hərəkəti ilə bağlı gündəlik həyatlarında qarşılaşdıqları suallara aydınlıq gətirmək, mövcud qaydaları daha əlçatan və başa düşülən formada izah etməkdir.

Sosial şəbəkələr üzərindən ünvanlanan çoxsaylı suallar ümumiləşdirilərək rubrika çərçivəsində mütəmadi şəkildə cavablandırılacaq.

BDYPİ bütün hərəkət iştirakçılarını bu rubrikanı izləməyə və yol hərəkəti ilə bağlı suallarını ünvanlamağa dəvət edir.

“Unutmayın ki, qaydaları bilmək həyatınızı qorumaq deməkdir!”, - deyə məlumatda bildirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-08-2025