Mobil versiya
İsrailli deputat parlament kürsüsündən zorla endirildi
Tarix: 05-08-2025 | Saat: 20:47
Bölmə:Özəl | çapa göndər

İsrailli deputat  parlament kürsüsündən zorla endirildi
İsrail parlamentində müxalif Birgə Siyahı Partiyasından olan millət vəkili Ofer Cassif Təl-Əviv rəhbərliyinin Qəzza zolağında soyqırım törətdiyini iddia edən məqaləni oxuduqdan sonra kürsüdən zorla çıxarılıb.
Cassif dünən axşam parlament kürsüsündə çıxışının videosunu sosial şəbəkədə paylaşıb.

İsrailin aclıq saldığı Qəzza zolağında son 24 saatda biri uşaq olmaqla daha 8 nəfər aclıqdan ölüb.

Yardım təyyarəsindən çəkilmiş görüntü Qəzzada dağıntıları ortaya qoyur.

Qəzzada qida çatışmazlığından ölən uşaqlar humanitar böhranın ən ağrılı üzünə çevrilib.

İsrailli deputatlar Cassif məşhur israilli yazıçı David Qrossmanın La Repubblica üçün müsahibəsindən parçalar oxumağa başlayanda ona reaksiya veriblər.


Qrossmanın çıxışı zamanı İsrailin Qəzzada soyqırım törətdiyini iddia edən açıqlamalardan sonra Cassif parlament rəsmiləri tərəfindən zorla tribunadan uzaqlaşdırılıb.

Cassif postunda onun vəzifədən çıxarılmasına reaksiya göstərərək, İsrail parlamentində tənqidə, hətta məqalələrdən sitat gətirməyə icazə verilmədiyini bildirib.

Keçən həftə İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verən İsrailli yazar Qrossman, "İllər boyu "soyqırım" ifadəsini işlətməkdən qaçırdım, lakin Qəzzada gördüklərimdən və eşitdiklərimdən sonra səssiz qala bilmədim. Mən İsraili soyqırım törədən bir dövlət kimi təsvir etməmək üçün hər cür cəhd edən biriyəm. Amma indi deyirəm ki, Qəzzada gördüklərimdən, ürəyim ağrıyır. "

aia.az
Tərcmüə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-08-2025