Goranboylular Bələdiyyə seçkilərinə böyük ruh yüksəkliyi ilə hazırlaşırlar
Tarix: 07-01-2025 | Saat: 17:48
Bölmə:Özəl | çapa göndər
Bu il ölkəmizdə Vətən müharibəsində sonra ilk bələdiyyə seçkiləri keçiriləcək. İlk dəfə olaraq bu seçkilər ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanımızın istisnasız bütün ərazilərində baş tutacaq.
Ulu Öndər Heydər Əliyev dövlət və cəmiyyətin idarə olunmasında bələdiyyələrin rolunu yüksək qiymətləndirərək demişdir: “Bələdiyyələrin fəaliyyəti cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün vacibdir”. Yerli özünüidarəetmə sisteminin formalaşdırılması prosesi Azərbaycanda demokratik inkişafın əyani nümunəsidir. Heydər Əliyev ideyalarından qaynaqlanan bələdiyyə institutu bu gün ölkəmizdə təkmilləşir, formalaşır, Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında öz mövqeyini durmadan möhkəmləndirir.
Əlbəttə ki, bu gün Azərbaycanda getdikcə daha böyük vüsət alan abadlıq-quruculuq işlərinin aparılmasında bələdiyyələrin də öz əhəmiyyətli rolu vardır. Xüsusilə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də daha böyük ruh yüksəliyini təmin etmiş, görülən işlərin intensivliyinin artmasını stimullaşdırmışdır. O cümlədən son vaxtlar abadlıq-quruculuq işlərinin getdikcə genişləndiyi rayonlardan biri də Goranboy rayonudur. Birmənalı olaraq deyə bilərik ki, Goranboy rayon Bələdiyyəsi rayon ərazisində aparılan abadlıq-quruculuq işlərində, eləcə də digər tədbirlərdə fəal iştirak edir. Diqqətəlayiq faktdır ki, Goranboy Bələdiyyəsi regionda fəaliyyət göstərən bələdiyyə qurumları arasında ən çox fəallığı ilə seçilən bələdiyyələrdən biridir. Qeyd etmək lazımdır ki, Şəmsi Əliyevin Goranboy bələdiyyəsinə rəhbərlik etdiyi dövr ərzində rayon ərazisində kənd yollarının və yaşayış məhəllələrinin abadlaşdırılması üzrə tədbirlər planına uyğun olaraq xeyli iş görülmüş, geniş miqyaslı abadlıq işləri aparılmışdır.
Bu gün bütün respublikada olduğu kimi, Goranboy rayonunda da bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası davam edir. Ötən 5 il müddətində Goranboy bələdiyyəsinin nəzərəçarpacaq dərəcədə işlər görərək seçicilərinin hörmətini qazandığını və böyük təcrübə malik olduqlarını nəzərə alaraq, yanvarın 29-da keçiriləcək Bələdiyyə seçkilərində də bu rayon sakinlərinin son dərəcə aktiv olacaqlarını deməyə hər bir əsasımız var.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər