Mobil versiya
Metroda relsin üzərinə düşən 18 yaşlı gəncin son durumu
Tarix: 08-01-2025 | Saat: 10:46
Bölmə:Gündəm | çapa göndər

Metroda relsin üzərinə düşən 18 yaşlı gəncin son durumu

Dünən “Ulduz” stansiyasında relsin üzərinə düşən sərnişinin vəziyyəti məlum olub.

aia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, 07.01.2025-ci il tarixində saat 22:44 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

"Baş beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir",- deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, dünən saat 21:30 radələrində Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb. Yaşıl və Qırmızı xətlər üzrə 17 dəqiqə yubanma qeydə alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025