Mobil versiya
Açıq-aydın faktı inkar etmək və gözdən pərdə asmaq cəhdləri cəfəngiyyat və ağılsızlıqdır
Tarix: 07-01-2025 | Saat: 10:24
Bölmə:Özəl | çapa göndər

Açıq-aydın faktı inkar etmək və gözdən pərdə asmaq cəhdləri cəfəngiyyat və ağılsızlıqdır

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması xeyli sayda soydaşımızın həlak olması ilə nəticələndi. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub. Məhz pilot və ekipaj üzvlərinin gərgin səyləri nəticəsində 29 nəfər sağ qalıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimindən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verərək hadisəni faciəvi bir sınaq adlandıraraq, həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətin diqqətini çəkən bir sıra məqamlara toxundu.
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə bəzi dairələrin açıq-aydın faktları inkar etməyə və gözdən pərdə asmağa çalışdıqlarını vurğuladı. O, bu cür cəhdlərin heç bir əsasının olmadığını və Azərbaycanın həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda qətiyyətli olduğunu bildirdi. Prezident İlham Əliyev, Azərbaycanın haqq səsini hər zaman yüksəltməyə davam edəcəyini və bu cür cəfəngiyyatlara qarşı mübarizənin vacibliyini qeyd etdi.
Prezident Əliyev müsahibəsində Azərbaycanın beynəlxalq hüquq normalarına riayət etdiyini və regionda sülh və sabitliyin təmin olunması üçün əlindən gələni etdiyini vurğuladı. O, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyəti tərəfindən dəstəkləndiyini və bu mövqeyin hər zaman qorunacağını qeyd etdi.
Dövlət başçısı Aktauda Azərbaycan təyyarəsinin düşməsi xəbəri alınan ilk saatlardan məsələni diqqət mərkəzində saxladığını və bununla bağlı bütün zəruri addımları atdığını bildirib. Azərbaycan lideri qəza xəbərini Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən aldığını və dərhal müvafiq göstərişlər verdiyini deyib.
Ən dolğun və ətraflı məlumatları isə cənab Prezident Azərbaycan televiziyasına verdiyi müsahibədə bildirib. AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində görülmüş təxirəsalınmaz işlərdən danışan cənab Prezident deyib ki, “Mən Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə məlumatlandırıldım, dərhal göstəriş verdim və təyyarə geri - Bakıya döndü. Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdim. Hələ Bakıya qayıdarkən mənim göstərişimlə Dövlət Komissiyası yaradılmışdır və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idilər.
Təbii ki, hadisə ilə bağlı sürətli və operativ şəkildə verilən qərarlar təqdirəlayiq idi. İlk olaraq Dövlət Komissiyası yaradıldı, müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə ezam edildi. Atılan addımlar İlham Əliyevin liderlik xüsusiyyətlərinin ən yüksək səviyyədə göstəricisi idi. Bu qətiyyətin, prinsipial mövqenin nəticəsi idi ki, insidentdən bir müddət sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan liderinə üzrxahlıq zəngi etdi və təyyarə qəzasının raket hücumuna məruz qaldığı etiraf olundu. Təbii ki, xeyli insan ölümü ilə nəticələnən bu irimiqyaslı qəza üçün bir üzrxahlıq mesajı kifayət edə bilməz.
Nəticə etibari ilə Azərbaycan tərəfinin hadisəyə operativ reaksiyası, Prezidentin qətiyyəti və prinsipiallığı, çevik addımlar, real məlumatların yerli və beynəlxalq ictimaiyyətə operativ çatdırılması Rusiyanın cəhdlərini ifşa etdi.
Pilotlar və ekipaj üzvlərinin xidmətləri Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirildi. Azərbaycan Prezidenti İlham Əliyev baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş həmin şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Onlar qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təltif edildilər.

Tutu Kamalqızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025