Mobil versiya
Seçicilər görüşlərdə böyük ruh yüksəkliyi ilə iştirak edir -Fotolar
Tarix: 08-01-2025 | Saat: 10:57
Bölmə:Siyasət | çapa göndər

Seçicilər görüşlərdə böyük ruh yüksəkliyi ilə iştirak edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində yanvarın 7-də Qazax rayonunun Kəmərli- Qaymaqlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirildi.

Görüşlərin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi.

Rayonun Kəmərli və Qaymaqlı kəndlərində keçirilən görüşlərdə giriş sözü ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidaəetmə orqanlarına göstərilən diqqət və dəstək barədə ətraflı məlumat verib. Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün ölkəmizdə hər cür şərait yaradıldığını bildirən rayon təşkilatını sədri xalqın etimadını layiqincə doğruldan, “Qələbələr Partiyası” adlanan Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatıldığını xüsusi vurğulayıb.

Görüşlərdə çıxış edən seçki qərargahının üzvləri Bəsdi Ələkbərova, İsgəndər Qurbanov, Ceyhunə Hüseynova, Elxan Abdullayev, şair Cavanşir Rüstəm və partiyanın namizədləri ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Natiqlər qeyd ediblər ki, indiyədək bələdiyyələr bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına və yaşayış məntəqələrində sosial məsələlərin həllinə önəmli töhfələr veriblər.

Bununla yanaşı çıxışlarda qeyd olunub ki, yerli özünüidarəetmənin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr dayanır. Yeni Azərbaycan Partiyasının çıxış edən namizədləri soz veriblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda öz fəaliyyətlərini məhz, bu hədəflər istiqamətində quracaq və onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar.

Görüşlər zamanı seçicilər Yeni Azərbaycan Partiyasının siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025