Mobil versiya
YAP bələdiyyə seçkilərində qələbə əzmi ilə iştirak edir. -Fotolar
Tarix: 07-01-2025 | Saat: 23:57
Bölmə:Gündəm | çapa göndər

YAP bələdiyyə seçkilərində qələbə əzmi ilə iştirak edir.

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Mingəçevir şəhəri Mingəçevir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bələdiyyə institutunun yerli demokratiyanın göstəricisi olduğunu bildirib. O, çıxışında ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidaəetmə orqanlarına göstərilən dəstək barədə məlumat verib. Təşkilat sədri yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib.
“Xalqın etimadını layiqincə doğruldan YAP növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatılıb” ,- deyə Bəxtiyar Mustafayev vurğulayıb.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Rizvan Mikayıllı və Aidı İsmayılova və bələdiyyə üzvlüyünə namizədlər Anar İsmayılov, İlkin Qurbanov, Ədalət Quliyeva və Nargilə Kərimova ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Qeyd olunub ki, indiyədək bələdiyyələr bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr veriblər.
Bununla yanaşı qeyd olunub ki, yerli özünüidarəetmənin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr dayanır. Yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri də öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaqlar.
Görüşlər zamanı seçicilər YAP fəaliyyəti dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025