QÜDRƏTLİ PREZİDENT, GÜCLÜ LİDER
Tarix: 08-01-2025 | Saat: 12:36
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.
Cənab İlham Əliyev jurnalistlərin çoxsaylı suallarına cavab verərkən, Azərbaycanın regionda və dünyada yaratdığı yeni reallıqları açıqlayaraq bir çox mühüm mesajlar verdi və ölkəmizin qüdrətinin və gücünün tükənməz olduğunu vurğuladı.
Jurnalist Nigar Sabirqızının Cənab Prezident, icazənizlə, mən bir qədər fərqli sual vermək istəyirəm. Siz bir qədər əvvəl bir cümlə işlətdiniz ki, bizim işimizə heç kim qarışa bilməz. Əlbəttə, bu, inkaredilməz bir faktdır ki, Sizin qətiyyətiniz sayəsində Azərbaycan bu gün yalnız regionumuzda yox, bütün dünyada bir gücə çevrilib. Elə Siz də bir qədər əvvəl qeyd etdiyiniz kimi, Makron Azərbaycansız yaşaya bilmir, Azərbaycanı bir güc kimi görür və Fransanın daxili işlərinə qarışmaqda bizi ittiham edir, yaxud bir neçə gün əvvəl məlum təyyarə hadisəsi ilə bağlı Rusiya Prezidentinin Azərbaycandan üzr istəməsi. Bu, ilk dəfə idi ki, Rusiya dövləti digər dövlətdən üzr istəyirdi. Çoxları buna inanmırdı, amma bu, baş verdi və bütün bunlar onun göstəricisidir ki, Azərbaycan güclü dövlətdir, onunla hesablaşmalı olduqlarını anlayırlar, başa düşürlər. Coğrafi cəhətdən kiçik, amma qalib və güclü bir dövlətin Prezidenti olmaq necə hissdir? Sualına cənab Prezident İlham Əliyev belə səmimi cavab verib necə deyim sizə, birincisi, böyük məsuliyyətdir. İlk növbədə, mən öz vəzifəmə bax, belə yanaşıram, hər gün, hər saat, gecə-gündüz. İkincisi, böyük şərəfdir. Əlbəttə ki, mən xüsusilə son vaxtlar çox sevinirəm. Son dörd ildir ki, mənim həyatım tam fərqlidir. Hamımızın həyatı fərqlidir, hamımız tamamilə başqa əhvali-ruhiyyə ilə yaşayırıq, oyanırıq, xaricə gedirik. Qalib ölkənin nümayəndəsi kimi, xüsusilə rəhbəri kimi yaşamaq, işləmək, beynəlxalq təmaslarda olmaq tamamilə fərqli hissdir. Xüsusilə nəzərə alsaq ki, 17 il ərzində biz tam fərqli bir vəziyyətdə idik, haqlı olduğumuza baxmayaraq, bizi haqsız hesab edirdilər. Bütün bu 17 il ərzində ictimaiyyətin diqqətindən kənar bir çox məqamlar olub ki, insanı dərindən həm hiddətləndirirdi, həm üzürdü, həm də incidirdi. Ədalətsizlik – çünki, necə deyim, ən böyük ədalətsizlik elə ədalətsizlikdir.
Bu gün hər yerdə və hər sahədə gedən inkişafın təməlində məhz xoş əhvali-ruhiyyə, xoş ovqat, cəmiyyətimizin rahat yaşaması, özünə əminlik hissləri dayanır. Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni, bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu, unikal təcrübədir. Dörd il keçməsinə baxmayaraq, hələ ki, bunu tam anlamaq çətindir. Mən azad edilmiş torpaqlarda bəlkə də 100 dəfədən çox olmuşam və hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm. Sanki birinci dəfə gəlmişəm oraya. Yəni, siz necə, mən də elə. Əlbəttə ki, məsuliyyət və qürur hissi. Biz elə ölkədə yaşayırıq ki, doğrudan da ilk növbədə ölkəmizlə, xalqımızla fəxr edə bilərik.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız, 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı.
Müasir tariximizə möhtəşəm 21 il kimi yazılan ötən dövrdə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir.
Cənab İlham Əliyev ali dövlət vəzifəsindəki ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti ilə qısa müddətdə xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandı.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra, cənab İlham Əliyevin rəhbərliyi altında xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Son 21 ildə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, strateji əhəmiyyəti artmışdır.
2020-ci il sentyabrın 27-də Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində, 30 il ərzində xalqımızın qarşısında duran ən mühüm problem – Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpası məsələsi həll edilmişdir.
Hazırda həm ölkəmizdə, həm də regionumuzda yaranmış yeni reallıqlar aydın şəkildə göstərir ki, düşünülmüş, qətiyyətli, prinsipial və milli maraqlara əsaslanan siyasət, bacarıqlı və səmərəli idarəçilik, cəmiyyətin vahid məqsəd və milli ideya ətrafında sıx birliyi və həmrəyliyi sayəsində ən mürəkkəb məsələlərin həllinə nail olmaq mümkündür.
Bu gün Azərbaycan xalqı, formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən bir ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın artırılması, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin və milli-mənəvi dəyərlərimizin qorunması – bütün bunlar həyata keçirilən siyasətin prioritet istiqamətləri olmuşdur.
Azərbaycanın artan gücü və qudrəti, məhz güclü lider, güclü Prezident İlham Əliyevin apardığı möhtəşəm siyasətin nəticəsidir. Bu uğurlar, onun rəhbərliyi altında mümkün olmuşdur. Hər birimiz qürur və fəxr duyuruq ki, bizim qüdrətli Prezidentimiz, güclü liderimiz var.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-01-2025