Mobil versiya
Nəsimi rayonunda Dünya Azərbaycanlılaların Həmrəyliyi günü və Yeni il münasibəti ilə Şəhid ailələri ziyarət edilib -Fotolar
Tarix: 29-12-2024 | Saat: 21:30
Bölmə:Ölkə | çapa göndər

Nəsimi rayonunda  Dünya Azərbaycanlılaların Həmrəyliyi günü və Yeni il münasibəti ilə Şəhid ailələri ziyarət edilib

RİH-nin rəhbərliyi növbəti dəfə 31 dekabr- Dünya Azərbaycanlılaların Həmrəyliyi günü və Yeni il münasibəti ilə Vətən müharibəsi Şəhid ailələrini ziyarət edib.

Bu gün Müstəqil ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübüt olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.
44 gün sürən Vətən Müharibəsi bizim əvəzolunmaz tariximiz, şəhidlər və qazilər inam mənbəyimizdir. Dövlətimiz şücaətli övladlarını hər daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna dərin ehtiramla yanaşır, xatirəsini uca tutur.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biri də müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını təşkil etməkdir.
Qeyd edək ki, Nəsimi rayonunda da daim şəhid ailələrinə, qazilərinə yüksək həssaslıqla yanaşılır, həmişə diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin optimal surətdə həll olunması daim diqqət mərkəzində saxlanılır.
RİH-nin rəhbərliyi 31 dekabr - Dünya Azərbaycalıların Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələrini ziyarət etmişdir.

Ziyarət zamanı öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-12-2024