Mobil versiya
Ayxan Hacızadə: Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi müzakirə olunur
Tarix: 30-12-2024 | Saat: 11:08
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ayxan Hacızadə:

Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi müzakirə olunur.

aia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirilib.

Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.

XiN rəsmisi deyib ki, nümayəndə heyəti keçid hökumətinin xarici işlər naziri ilə müvafiq görüş keçirib:

"Suriya ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib. Bildiyiniz kimi, Azərbaycanın Suriyada səfirliyi 2012-ci ildən fəaliyyət göstərmir. Hazırda Suriyada Azərbaycan səfirliyinin bərpası məsələsi də sözügedən görüşdə müzakirə olunur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə