Xarici İşlər Nazirliyinin spikeri Tixi: Kiyev Polşanın Aİ-yə sədrliyinə böyük ümidlər bəsləyir
Tarix: 30-12-2024 | Saat: 14:59
Bölmə:Özəl | çapa göndər
Ukrayna Polşanın Avropa İttifaqında (Aİ) qarşıdan gələn sədrliyinə böyük ümidlər bəsləyir və bir sıra “həlledici və mühüm qərarlar” gözləyir.
Do Rzeczy xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixi deyib.
“Bizim böyük ümidlərimiz var. Polşa bizim yaxın dostumuz və müttəfiqimizdir. Biz gözləyirik ki, bu müddət ərzində Polşanın Ukraynanı dəstəkləməkdə ilk günlərdən, hətta Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzünün ilk günlərində göstərdiyi rəhbərliyi nəzərə alsaq, bir sıra həlledici və mühüm qərarlar qəbul edilə bilər”, - deyə Tixi bildirib.Onun sözlərinə görə, söhbət Ukraynanın Aİ-yə üzvlüyü istiqamətində irəliləyişdən gedir. Bundan əlavə, xarici siyasət idarəsinin nümayəndəsi Kiyevə hərbi dəstəyin artacağına və Moskva üçün münaqişənin “xərclərinin” artacağına ümid edirdi.
Tixi həmçinin vurğulayıb ki, Ukrayna Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə ümid edir.
2025-ci il yanvarın 1-də Aİ-yə sədrlik Macarıstandan Polşaya keçir. Politoloq Aleksandr Rarın fikrincə, Polşa sədrliyini Rusiya ilə qarşıdurma fonunda Avropanın gələcək hərbiləşdirilməsinə həsr edəcək.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər