Eltun Süleymanov: “Qəzaya uğramış təyyarənin pilotlarının və ekipaj üzvlərinin qəhrəmalıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilib”
Tarix: 30-12-2024 | Saat: 21:22
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
“Cənab Prezident İlham Əliyevin 25 dekabrda AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulması və bu səbəbdən Aktauda qəzaya uğraması ilə bağlı Azərbaycan Televiziyasına verdiyi müsahibə dünya mediasında sözün əls mənasında rezonas yaradıb. "Röyters", CNN, NDTV, “Ekonomik Tayms”, “Business Tudey”, ABC Nyus, “Avronyus” da daxil olmaqla, dünyanın ən nüfuzlu media qurumları cənab Prezident İlham Əliyevin açıqlamasını tirajlayıb. Dünya mediası yazır ki, məsələnin mahiyyəti aydındır: İlham Əliyev Rusiyanın faktı ört-basdır etmək cəhdlərini, “quşla toqquşma”, salonda “balon partlaması” kimi arqumentlərini “cəfəngiyyat”, “açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri”ni ağılsızlıq adlandırdı. Bildirdi ki, biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi.”
Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz daha sonra bildirib ki, AZAL-ın Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırması barədə qərar çox düzgün və vaxtında atılmış addımdır: “Cənab Prezident öz müsahibəsində bildirdi ki, AZAL-ın Rusiyanın yeddi şəhərinə uçuşları dayandırılıb. Eyni zamanda, Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşları da dayandırılıb. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Azərbaycan dövləti insanların təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul edib və beləliklə, bu vəziyyət elan edildi. Möhtərəm dövlət başçımız bildirdi ki, Azərbaycan dövləti nəyi edirsə açıq-aydın edir. Bu uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox. Amma bunu həyat göstərər və Rusiya hava məkanının təhlükəsizlik məsələləri də əlbəttə ki, nəzərə alınacaqdır. Bir sözlə, Prezident heç bir detalı, heç bir nüansı yaddan çıxartmadan, bu qəza ilə bağlı tam və hərtərəfli danışdı.”
Sonda E.Süleymanov pilotların və ekipajın qəhrəmalıqlarının dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib: “Cənab Prezident İlham Əliyev vida mərasimində iştirak etdi və həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdi. Artıq dekabrın 29-da ekipaj üzvlərinin təltifi ilə bağlı dövlət başçımız Sərəncam imzaladı. Cənab Prezident qeyd etdi ki, pilotların və ekipaj üzvlərinin fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirir. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Qəhrəmanlarımızın fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirildi. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən pilotlar Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra) və ekipaj üzvü Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, ekipaj üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar” – deyə, Eltun Süleymanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər