Mobil versiya
Sakaryada kişi vəhşiliyi: 3 ay əvvəl evləndiyi həyat yoldaşını dəfələrlə bıçaqladı
Tarix: 29-12-2024 | Saat: 16:20
Bölmə:Özəl | çapa göndər

Sakaryada kişi vəhşiliyi: 3 ay əvvəl evləndiyi həyat yoldaşını dəfələrlə bıçaqladı

Sakaryanın Hendek rayonunda bir şəxs 3 ay əvvəl evləndiyi həyat yoldaşını 20-dən çox bıçaq xəsarəti ilə ağır yaralayıb. Hadisə yerindən qaçan və qısa müddətdə yaxalanan şübhəli ədliyyəyə göndərilib.

Yeni Mahalledə gecə saatlarında baş verən hadisədə 3 aydır evli olan və boşanma prosesində olduğu öyrənilən S.K. (33) və E.K. (26) arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilərkən S.K həyat yoldaşı E.K-ya 20-dən çox bıçaq xəsarəti yetirərək qaçıb.
Vəziyyətlə bağlı məlumat verildikdən sonra əraziyə sağlamlıq və polis qrupları göndərilib. Hadisə yerində edilən ilk müdaxilənin ardından yaralı qadın Sakarya Təhsil və Araşdırma Xəstəxanasında müalicə altına alındı. Qadının səhhətinin ağır olduğu öyrənilərkən, polis qrupları qaçan şəxsi qısa müddətdə yaxalayaraq saxlayıb.

Polis bölməsində əməliyyat olunduqdan sonra şübhəli ər ədliyyəyə sövq edildi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-12-2024