Suriyanın yeni hakimiyyətinin başçısı Rusiya ilə münasibətlərdən danışıb
Tarix: 29-12-2024 | Saat: 15:38
Bölmə:Özəl | çapa göndər
Suriyanın yeni hakimiyyət orqanlarının rəhbəri Əhməd əl-Şaraa bildirib ki, Suriyanın Rusiya ilə hələ də strateji maraqları var. Bu barədə RİA Novosti mənbəyə istinadən yazır.Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Moskva Suriyanın yeni rəhbərliyinin ölkədəki Rusiya hərbi bazaları ilə bağlı razılaşmaları nəzərdən keçirməsindən xəbərsizdir. O əlavə edib ki, bu məsələ ilə bağlı Dəməşqdən heç bir müraciət olmayıb.
“Rusiya dünyanın ikinci ən güclü dövlətidir. Bu vacibdir. Suriyanın Rusiya Federasiyası ilə strateji maraqları var”, - Əhməd əl-Şara qeyd edib.Onun sözlərinə görə, yeni Suriya hakimiyyəti Rusiyanın “Suriya ilə münasibətlərinə uyğun gəlməyən” şəkildə ölkəni tərk etməsini istəmir.
Xatırladaq ki, noyabrın sonunda Suriya silahlı müxalifəti genişmiqyaslı kampaniya həyata keçirmişdi. Bir neçə gün ərzində birləşmələr hökumət qoşunlarını məğlub edə bildi və əsas şəhərləri, aerodromları və bazaları nəzarətə götürdü.
aia.az
tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-12-2024
30-12-2024